Modern.az

Gürcüstan larisi kəskin ucuzlaşdı

Gürcüstan larisi kəskin ucuzlaşdı

8 Mart 2022, 18:52

Gürcüstanın milli valyutası (lari) dollar, avro, Azərbaycan manatı və digər valyutalar qarşısında kəskin şəkildə ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, bu gün valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 3,45 lari, 1 Azərbaycan manatı isə 1,98 lari təşkil edib.

 

Gürcüstan Milli Bankının müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 3,3991 lari, 1 AZN 2,0047 lariyə, 1 Avro 3,682 lariyə bərabərdir.

 

Ucuzlaşmanın qarşıdakı günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu