ABŞ-da benzinin qiyməti bütün dövrlərin ən yüksək həddinə çatıb.
Modern.az CNN-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda yanacağın dəyəri bir qallon üçün 4,17 dolları (3,785 litr) ötüb.
Bundan əvvəl ən maksimal qiymət 2008-ci ilin iyulunda qeydə alınmışdı. Həmin vaxt benzinin qiyməti 4,11 dollar təşkil edib.