Modern.az

Ərdoğan 20-dən çox liderlə Ukraynanı müzakirə edib

Ərdoğan 20-dən çox liderlə Ukraynanı müzakirə edib

8 Mart 2022, 20:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 20-dən çox ölkənin lideri ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan özü açıqlamasında deyib.

 

"Ukraynadakı vəziyyət təmasların gündəmində qalır. Bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək", - deyən Ərdoğanın sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki mövqeyini göstərmək vacib amildir.

 

Bundan əlavə, Türkiyə lideri qeyd edib ki, indiki durumda hakimiyyətlə xalqın birliyi çox önəmlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu