Böyük Britaniya Rusiyadan neft tədarükünü qadağan edəcək.
Modern.az xəbər verir ki, bu barədə Baş nazir Boris Conson məlumat yayıb.
O, qadağanın 2022-ci ilin sonuna qədər tətbiq ediləcəyini diqqətə çatdırıb.
Britaniyanın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq isə bildirib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə neftin tədarük edilməsi istiqamətində iş aparacaq. Onun sözlərinə görə, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır.
Hazırda Britaniyada Rusiya qazının payı cəmi 4 faiz təşkil edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Ukraynaya hücumla əlaqədar Rusiyadan neft-qaz idxalını dayandırıb.