Modern.az

Rusiyanın cavab tədbiri - Putin iki gün vaxt qoydu

Rusiyanın cavab tədbiri - Putin iki gün vaxt qoydu

8 Mart 2022, 22:33

Rusiyada bəzi məhsulların və xammalın idxal-ixracı qadağan olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin fərman imzalayıb.

 

O, məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarının iki gün ərzində müəyyən edilməsi barədə tapşırıq verib.

 

Putin, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etmək üçün göstəriş verib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ və Böyük Britaniya Rusiyadan neft-qaz idxalını qadağan etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu