Modern.az

Rusiya diplomatlarının çıxışı zamanı Aİ nümayəndələri zalı tərk etdilər

Rusiya diplomatlarının çıxışı zamanı Aİ nümayəndələri zalı tərk etdilər

Dünya

9 Mart 2022, 00:21

Avropa İttifaqının (Aİ) nümayəndə heyətləri və onların bir sıra tərəfdaşları Rusiya nümayəndələrinin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurasının iclasındakı çıxışı zamanı zalı tərk ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Niderlanddakı səfiri Lyuis Vassi məlumat verib.

 

“Aİ-nin İcraiyyə Şurasının iclasındakı bütün nümayəndə heyətləri və bir çox tərəfdaşlar Rusiya nümayəndə heyəti bizim “yalanlar” haqqında danışarkən salonu tərk etmək qərarına gəldilər, çünki onlar Ukrayna və KSQT-nin məşğul olduğu digər məsələlər ilə bağlı əsas faktları təkzib edirdilər”, - deyə o, “Twitter” səhifəsində yazıb.

 

Diplomat tədbir adından Ukraynada baş verənlərlə bağlı bəyanat oxuyub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu