İsrailin Baş naziri Naftali Bennet Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Zelenski "Twitter” hesabında İsrailin vasitəçilik səylərinə görə Bennettə təşəkkürünü bildirib. O deyib ki, İsrailin Baş naziri ilə müharibə və zorakılığa son qoymağın yollarını müzakirə ediblər.
Kremlin bəyanatına əsasən, Putin Rusiya nümayəndə heyəti ilə Ukraynadan olan nümayəndələr arasında martın 7-də Belarusda keçirilən danışıqların üçüncü raundu barədə fikir mübadiləsi aparıb.