Çernobıl Atom Elektrik Stansiyası (AES) BMT-nin atom nəzarəti orqanına artıq məlumat göndərmir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin atom nəzarəti orqanı tərəfindən məlumat yayılıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Çernobıl AES-də quraşdırılmış qoruyucu monitorinq sistemlərindən məlumatların uzaqdan ötürülməsinin itirildiyini qeyd edib.
Eyni zamanda AES-də Rusiya mühafizəsi altında çalışan işçilərdən narahatlıq ifadə olunub.
Qeyd edək ki, bir neçə gün öncə Çernobıl Atom Elektrik Stansiyasında yanğın baş vermişdi.