Əfqanıstan İslam Əmirliyinin (BAƏ) xarici işlər naziri vəzifəsini icra edən Mövləvi Əmir Xan Müttəqi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Taliban XİN-in sözçüsü Abdul Qahar Bəlxi məlumat yayıb.
Məlumata görə, nazir Antalya Diplomatiya Forumunda çıxış edəcək və müzakirələr aparacaq, eyni zamanda müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşəcək və Əfqanıstanla bağlı danışacaq.
Qeyd olunbu ki, Forum martın 11-dən 13-dək “Diplomatiyanın yenidən şifrələnməsi” mövzusunda baş tutacaq.
Forumun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək, daha sonra digər ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndə heyətləri müxtəlif mövzularda çıxışlar və müzakirələr aparacaqlar.