Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Modern.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoillə üz-üzə gəlib.
Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədov finala vəsiqə qazanıb.
50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.