Modern.az

Rusiya döyüşdə çağırışçıların olduğunu etiraf etdi

Rusiya döyüşdə çağırışçıların olduğunu etiraf etdi

Dünya

9 Mart 2022, 20:20

Ukraynaya hücum edən Rusiya bölmələrində bir neçə çağırışçı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

 

“Təəssüf ki, çağırışçıların olması ilə bağlı bir sıra faktlar aşkar edilib”, - deyə Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslər artıq Rusiya ərazisinə qaytarılıb. Bundan əlavə, Rusiya rəsmisi qeyd edib ki, onların Ukrayna ərazisindəki döyüş bölgələrinə göndərilməməsi üçün tədbirlər görülür.

 

Xatırladaq ki, bundan əvvəl Ukrayna hərbçiləri xeyli sayda rusiyalı çağırışçının əsir götürüldüyünü açıqlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu