Modern.az

Türkiyənin İsraildəki səfirliyi yenidən açılacaq

Türkiyənin İsraildəki səfirliyi yenidən açılacaq

9 Mart 2022, 20:52

Türkiyənin İsraildəki səfirliyi yenidən fəaliyyət göstərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid özünün "Twitter" hesabında yazıb.

 

"Mövlud Çavuşoğlu (Türkiyənin XİN başçısı-red) mənə bildirdi ki, o, aprelin əvvəllərində İsrailə və Fələstinə səfər edəcək. İsrail XİN başçısı Yair Lapidlə görüşəcək və səfirlik yenidən açılacaq", - deyə jurnalist qeyd edib.

 

Xatırladaq ki, bu gün İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edib. O səfər zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu