"İsraillə birgə hədəfimiz ölkələr arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır".
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla birgə mətbuat konfransında deyib.
Ərdoğan Hersoqun Türkiyəyə səfərini tarixi ziyarət kimi qiymətləndirib: "Səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram. Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir".
Qeyd edək ki, İsaak Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidentidir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib.