Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıqlar martın 10-u saat 19:30-da başlayacaq. Liderlər Ukraynadakı vəziyyət və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparacaq.