Modern.az

Rusiyanın 56 təyyarəsi, 82 helikopteri vurulub

Rusiyanın 56 təyyarəsi, 82 helikopteri vurulub

9 Mart 2022, 23:17

Ukrayna Hərbi Hava Qüvvələri son iki gün ərzində Kiyev bölgəsində səkkiz hava hədəfini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, aviasiya qüvvələri, “S-300” və “Buk-M1” zenit raket sistemləri 4 ədəd “Su-25” təyyarəsini və daha iki helikopteri məhv edib.

 

Ümumilikdə isə bu günə qədər Ukraynada gedən döyüşlərdə Rusiyanın 56 təyyarəsi və 82 helikopteri vurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu