Ukrayna ordusu Xarkov vilayətindəki Derqaçi şəhərini ruslardan azad edib və əraziyə nəzarəti ələ alıb.
Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb.
Qeyd olunub ki, şəhər uğrunda uzun müddətdir aktiv döyüşlər gedirdi.
"Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onların həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov vurğulayıb.