Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 faizi hesablanıb. Seçicilərin 48,5 faizi %-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.
Yeni prezident Yoon Suk-yeol keçmişdə baş prokuror işləyib. O, qələbəsini “böyük Cənubi Koreya xalqının qələbəsi” adlandırıb.
Yoon Suk-yeol insanların güzəranına diqqət yetirməyi, ehtiyacı olanlara sosial xidmətlər göstərməyi, ölkənin beynəlxalq birliyin və azad dünyanın qürurlu və məsuliyyətli üzvü olmasını təmin etmək üçün hər cür səy göstərməyi özünün prioritetləri kimi qeyd edib