Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə Antalyada görüşüb.
Modern.az-ın xəbərinə görə, bu barədə nazir Kuleba "Twitter"də bildirib.
“Rusiyanın işğalı fonunda Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsi yollarını müzakirə etmək üçün Antalyada AEBA-nın baş direktoru ilə görüşdüm. Mən bir daha vurğulayıram: Rusiya Avropada fəlakətin qarşısını almaq üçün dərhal Çernobıl və Zaporojye AES-lərdən qoşunlarını çıxarmalıdır”, - ukraynalı nazir bildirib.