Modern.az

Tank alayı komandirlə birlikdə məhv edildi

Tank alayı komandirlə birlikdə məhv edildi

Dünya

10 Mart 2022, 16:16

Ukrayna ordusu Kiyevin şimal-şərqində yerləşən Brovarıda Rusiya qoşunlarının tank alayını məğlub edib və onun komandiri polkovnik Zaxarovu öldürüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

"İşğalçı alayın komandiri polkovnik Zaxarov məhv edilib. Kiyev vilayətinin Brovarı rayonunda gedən döyüş zamanı Mərkəzi Komandanlığın 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) tabor taktiki qrupu (BTQr) zərər çəkib. Heyət və texnikada əhəmiyyətli itkilər var”, - nazirlik Twitter hesabında bəyan edib.

 

CNN Rusiya hərbi kolonunun hücuma məruz qaldığını və geri çəkildiyini əks etdirən videonun coğrafi yerini müəyyənləşdirə bilib.

 

Xatırladaq ki, Rusiya qüvvələri Kiyevin mühasirəsini başa çatdırmaq üçün şimal-şərqdən və şərqdən paytaxta yaxınlaşır, lakin Ukraynanın tank əleyhinə silahları onlara indiyədək mane olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu