Rusiya ilə müharibə başlayandan bəri Ukraynada səhiyyə müəssisələrinə 24 hücum faktı qeydə alınıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
“Bu hücumlar ən azı 12 nəfərin ölümünə və 17 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan 8-nin və ölənlərdən 2-nin tibb işçisi olduğu təsdiqlənib. Hücumlar fevralın 24-dən martın 8-dək baş verib”, - ÜST-dən CNN-nin sorğusuna cavab olaraq bildirilib.