Modern.az

Ərdoğanla Bayden arasında Ukrayna müzakirəsi

Ərdoğanla Bayden arasında Ukrayna müzakirəsi

10 Mart 2022, 20:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

 

Liderlərin telefon söhbəti 45 dəqiqə davam edib.

 

Telefon danışığı zamanı Rusiya-Ukrayna böhranı, bölgədə baş verən hadisələr və iki ölkənin əlaqələri müzakirə olunub.

 

Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini bildirən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin hər iki tərəflə danışa bilməsinin və vasitəçi olmasının vacibliyini diqqətə çatdırıb.

 

Bundan əlavə, Türkiyə tərəfindən açılan etimad kanalı sayəsində Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşündən söz açan Prezident danışıqların təşkilinin diplomatiyanın qələbəsi olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu