Son 15 gündə Ukraynada Rusiya ordusunun 500-dən çox hərbi qulluqçusu əsir götürülüb.
Modern az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna Prezidentinin ofisinə istinadən məlumat yayıb.
"Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirmişdi.