Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə olunmuş razılaşmaların icrası prosesini müzakirə ediblər.
Nazirlər, eyni zamanda Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesinə də toxunublar.