Ukrayna Ordusu Rusiyanın daha bir "Su-25" qırıcı təyyarəsini vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
“Gecə saatlarında Su-25 təyyarəsi vurulub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarında yaydığı hesabata əsasən, indiyədək Rusiya ordusunun 12 000-dən çox hərbçisi zərərsizləşdirilib. Bundan əlavə, döyüşlərdə Rusiyanın 49 təyyarəsi, 81 helikopteri, 335 tankı, 1105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA-sı, 3 qayıq və 526 avtomobil texnikası məhv edilib.