İsrail Prezidenti İsxak Hersoq Türkiyəyə ikigünlük rəsmi səfəri çərçivəsində İstanbulda yəhudi icmasının üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, Prezident daha sonra İstanbulun Beyoğlu bölgəsindəki “Neve Şalom” sinaqoqunda ibadət mərasiminə qatılıb. Mərasimdə çıxış edən İsxak Hersoq belə özəl gündə Türkiyədə olmaqdan məmnunluğunu ifadə edib.
Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilə səmimi görüş keçirdiklərini deyən İsxak Hersoq bu səfərin iki ölkə arasında əlaqələrinin yaxşılaşdırılması üçün mühüm addım olduğunu söyləyib.
Türkiyə-İsrail əlaqələrinin Yaxın Şərqdə sülh üçün əhəmiyyətinə diqqət çəkən İ.Hersoq bölgədə müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşaması, regional sabitliyin vacibliyi məsələsində Türkiyə Prezidenti ilə həmfikir olduqlarını vurğulayıb.