Modern.az

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ

Dünya

11 Mart 2022, 08:07

“Mən adekvat ölkənin və adekvat insanların prezidentiyəm. Mənim torpağımda heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahı hazırlanmayıb”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

 

O, çıxışında Rusiyaya xəbərdarlıq edib. 

 

“Bütün dünya bunu görür və bilir. Əgər Rusiya bizə qarşı oxşar hərəkətlər etsə, ən sərt sanksiyalarla cavabını alacaq” -  deyə Zelenski vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu