Modern.az

\"Meta\" rus ordusuna qarşı zorakılığa icazə verdi

\

11 Mart 2022, 10:12

Amerikanın Meta şirkəti Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda “Facebook” və “Instagram” sosial şəbəkələrində rus ordusuna qarşı zorakılıq çağırışlarına müvəqqəti icazə verib, lakin rusiyalı mülki şəxslərə qarşı zorakılıq çağırışları qadağan olaraq qalacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Meta Endi Stoun “Twitter” hesabında bildirib.

 

“Biz normal qaydalarımızı pozacaq siyasi ifadə formalarına, o cümlədən "rus işğalçılarına ölüm" kimi zorakı ritorikaya müvəqqəti icazə vermişik. Biz rusiyalı mülki şəxslərə qarşı zorakılıq çağırışlarına icazə verməyəcəyik", - sözçü yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu