Ukraynanın Volnovaxa şəhəri ələ keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
““DXR” qruplaşması Volnova şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - açıqlama deyilir.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin daraldığını elan edib.