Modern.az

NATO Zelenskinin xahişini yerə saldı

NATO Zelenskinin xahişini yerə saldı

11 Mart 2022, 15:04

Prezident Volodimir Zelenskinin xahişinə baxmayaraq, NATO Ukrayna ərazisində uçuşsuz zona tətbiq edə bilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo CTV News telekanalına müsahibəsində deyib.

 

Telefon danışığı zamanı Volodimir Zelenskinin ondan Ukrayna səmasının bağlanmasını xahiş etdiyini bildirən Kanada hökumətinin başçısı NATO-nun vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq bu xahişi yerinə yetirə bilməyəcəyini vurğulayıb.

 

“Bu qərar qəlbimizi ağrıdır. Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək, NATO-nun birbaşa münaqişəyə cəlb olunması riski yaranır. Biz çox şey edə bilərik və əlimizdən gələni edirik, lakin buna gedə bilmərik”, - deyə Castin Trüdo qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu