Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu işə başlayıb.
Modern.az xəbər verir ki, forumda 2000-ə yaxın nümayəndə iştirak edir.
Qeyd edək ki, Antalya Forumunda Azərbaycan geniştərkibdə nümayəndə heyəti ilə təmsil olunur. Forumun təşkilatları Türkiyə Prezident Administrasiyası və Türkiyə Xarici İşlər Nazirliyidir.
Antalya Diplomatik Forumunda (ADF) builki mövzu “Diplomatiyanın yenidən qurulması”dır. Dünya gündəminin qaynar mövzularının müzakirə olunacağı forum 11-13 mart tarixlərində “Nest” Konqres Mərkəzində keçiriləcək.