Böyük Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş hissələrinin “müstəqilliyinin” tanınmasını dəstəklədiklərinə görə 386 rusiyalı deputata qarşı bu addım atılıb.
Yeni sanksiyalar Britaniyaya girişin qadağan edilməsini nəzərdə tutur, deputatların Böyük Britaniyadakı aktivlərinə və biznesinə giriş imkanı verir.
"Biz Putinin Ukraynaya qanunsuz müdaxiləsində iştirak edənləri və bu vəhşi müharibəni dəstəkləyənləri "vururuq". Biz təzyiqi azaltmayacağıq və sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatına vintləri sıxmağa davam edəcəyik", - Böyük Britaniyanın Xarici İşlər, Birlik Məsələləri və İnkişaf üzrə dövlət katibi Elizabet Truss vurğulayıb.