Ukrayna Silahlı Qüvvələri rusiyalı general-mayor Andrey Kolesnikovu məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.
General-mayor Andrey Kolesnikov 2021-ci ildə Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri olub.
Bundan əvvəl o, Moskva vilayətində yerləşən birləşmiş ordunun qərargah rəisi vəzifəsində xidmət edib.