Modern.az

Şoyqu və Hulusi Akar Ukraynanı müzakirə etdi

Şoyqu və Hulusi Akar Ukraynanı müzakirə etdi

11 Mart 2022, 18:37

Türkiyə milli müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər Ukraynada və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Bundan əlavə, nazirlər Türkiyə vətəndaşlarının humanitar dəhlizlər vasitəsilə Ukraynadan təxliyəsi məsələsinə də toxunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu