Rusiyanın "Roskomnadzor" dövlət xidməti "Instagram" sosial şəbəkəsinə girişi bağlayıb.
Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xidmət iddia edir ki, platforma Rusiya vətəndaşlarına, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarını yayır.
“Rusiya Baş Prokurorluğunun tələbi əsasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq”, - deyə məlumatda qeyd olunub.