Rusiya ordusu Ukrayna ilə sərhəddən Belarus ərazisinə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Belarusdan havaya qalxan "Su-25" hücum təyyarəsi Ukrayna ərazisini bombalayıb, bundan sonra Belarus ərazisinə hava zərbələri endirib.
"Rusiyanın Belarusun yaşayış məntəqələrinə bu cür hücumu və hərəkətləri Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etmək məqsədi daşıyan məqsədyönlü təxribatdır" - Ukrayna DSX bəyan edib.