Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 mülki şəxs həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Liz Trossel bildirib.
BMT rəsmisi qeyd edib ki, Rusiyanın zərbələri nəticəsində daha 957 nəfər yaralanıb. Bundan əlavə, 2,5 milyondan çox insan müharibə səbəbindən Ukraynanı tərk edib.