Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın sabiq lideri Nursultan Nazarbayevlə görüşüb.
Modern.az xəbər verir ki, görüş Antaliya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Nazarbayev dəvətə görə Ərdoğana təşəkkür edib.
Məlumata görə, Ərdoğan Nazarbayevin qazax-türk əlaqələrinin inkişafında xidmətlərini qeyd edib və türk dünyasında interqasiya proseslərinin genişlənməsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Bundan əlavə, görüşdə dünya gündəminin ən aktual məsələləri müzakirə olunub, Ukraynadakı münaqişənin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyi vurğulanıb.