Modern.az

Mariupolda 1582 mülki şəxs həlak olub

Mariupolda 1582 mülki şəxs həlak olub

11 Mart 2022, 23:38

Son 12 gündə Ukraynanın Mariupol şəhərində 1582 dinc sakin həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

 

Nazir şəhərdə planetin ən ağır humanitar fəlakətinin yaşandığı diqqətə çatdırıb.

 

Ukrayna XİN rəhbəri Rusiya qüvvələrinin davamlı zərbələri nəticəsində həlak olanların kütləvi məzarlarda dəfn edildiyini qeyd edib. 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza