Modern.az

ABŞ Peskovun arvadı və iki övladına sankisya tətbiq etdi

ABŞ Peskovun arvadı və iki övladına sankisya tətbiq etdi

12 Mart 2022, 09:28

ABŞ hökuməti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və iki övladına qarşı sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində bildirilib.

D.Peskovun özü də martın əvvəlində ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

Peskovun həyat yoldaşı - fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka, oğlu Nikolay və qızı Lizaya qarşı sanksiyalar bu gündən qüvvəyə minib.
 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu