Modern.az

Makron Bayden və Zelenskilə danışıqlar apardı

Makron Bayden və Zelenskilə danışıqlar apardı

14 Mart 2022, 08:10

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Bayden və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat verilib.

 

“İki dövlətin başçıları Rusiyaya qarşı tətbiq edilən sanksiyaları gücləndirmək, Ukraynanı dəstəkləmək və hərbi əməliyyatlara son qoymaq üçün bütün faydalı təşəbbüsləri birgə həyata keçirmək barədə razılığa gəliblər. Onlar bu məsələ ilə bağlı sıx əlaqə saxlayacaqlar”, - məlumatda deyilir.

 

Qeyd olunub ki, Makron Baydenlə söhbəti zamanı jurnalist Brent Renonun Ukraynada vəfatı ilə əlaqədar başsağlığı verib. Zelenski isə Makronu Ukraynadakı vəziyyətlə bağlı məlumatlandırıb, Fransa lideri Kiyevə tam dəstəyini bildirib və Aİ-nin Versal sammitinin nəticələri ilə bağlı razılaşdırılmış yardımdan söz açıb.

 

“İki dövlət başçıları Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsini müzakirə ediblər. Yaxın günlərdə koordinasiyanı davam etdirəcəklər”, - məlumatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza