Rusiya və Ukrayna arasında danışıqlar hər gün davam edir.
Modern.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, danışıqlar hər gün videoformatda davam edir: “Bu, vaxta və vəsaitə qənaət etməyə imkan yaradır. Rusiyanın dinc gələcəyi üçün Vladimir Putinin qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə çalışırıq”.
Qeyd edək ki, bundan əvvəlki danışıqlar Belarus ərazisində baş tutub, görüşlərdə humanitar məsələlərlə bağlı bir sıra razılıq əldə olunub.