Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna müharibəsi və humanitar məsələlər müzakirə edib.
Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.