Ermənistanın baş naziri Nikol Paşinyanla kanadalı həmkarı Castin Trüdo arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Baş nazirlər, həmçinin Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, eləcə də Ermənistan və Türkiyə arasında dialoqu müzakirə ediblər.
Bundan əlavə, Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Akif İsmayılov