Ukrayna Prezidenti Volodimir Zelenski hazırda paytaxt Kiyevdədir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.
"Mən də Prezident kimi, Prezident Ofisinin rəhbəri kimi "Bankova"dayam. Deyə bilərik ki, gecə-gündüz işləyirik və Bankovada (Zelenskinin Ofisinin yerləşdiyi küçədə - red.) oluruq. Biz videoları küçədə çəkirik ki, insan yalan xəbərlərə inanmasınlar”, - Timoşenko deyib.
Qeyd edək ki, son günlər bir neçə dəfə Ukrayna Prezidentinin ölkəni tərk etməsi barədə iddialar yayılıb. Zelenski sosial şəbəkə hesablarında bu xəbərləri təkzib edərək, hazırda ölkədə olduğunu təsdiqləyən videogörüntülər paylaşıb.