Modern.az

Daha bir rus oliqarxın bahalı yaxtasına həbs qoyuldu

Daha bir rus oliqarxın bahalı yaxtasına həbs qoyuldu

15 Mart 2022, 09:13

İspaniya hakimiyyəti rusiyalı oliqarxın Barselona limanında olan 140 milyon dollarlıq yaxtasını həbs edib.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, dəbdəbəli gəmi “Rostex” şirkətinin rəhbəri, Putinə yaxın sayılan oliqarx Sergey Çemezova məxsusdur.

Məlumata görə, 85 metrlik “Valeri” adlı yaxtanın sahibi “Rostex” dövlət korporasiyasına rəhbərlik edən Sergey Çemezov keçmiş “KQB” zabitidir.

Çemezov bundan əvvəl Rusiyanın Ukraynaya qarşı müharibədə qalib kimi çıxacağını bildirmişdi.

İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, daha bir neçə gəminin həbs edilməsi planlaşdırılır, lakin təfərrüatları açıqlamayıb.

Məlumata görə, hələ də sanksiyaya məruz qalmayan daha iki rusiyalı oliqarxla əlaqəli yaxtalar da Barselonada dayanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza