Modern.az

Rusiyanın daha 4 helikopteri və 1 təyyarəsi VURULDU

Rusiyanın daha 4 helikopteri və 1 təyyarəsi VURULDU

15 Mart 2022, 09:38

Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd helikopterini, bir təyyarəsini və qanadlı raketini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin iyirminci günü başlayıb. Müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri ciddi şəkildə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri qruplaşmalara sarsıdıcı zərbələr endirir”, - məlumatda deyilir.

 

Baş Qərargah hücum əməliyyatında iştirak edən Rusiya qüvvələrinin bütün istiqamətlərində ciddi uğur əldə edə bilmədiyini söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza