Modern.az

Kiyevdə 16 mərtəbəli bina vuruldu - 2 ölü, 27 yaralı

Kiyevdə 16 mərtəbəli bina vuruldu - 2 ölü, 27 yaralı

15 Mart 2022, 10:42

Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayış binasına edilən zərbə azı iki nəfərin ölümünə səbəb olub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə hallar xidməti paytaxtın bir neçə bölgəsinin hücuma məruz qaldığını bildirib.

 

"İki nəfərin cəsədi çıxarılıb, 27 nəfər xilas edilib", - deyə Ukraynanın fövqəladə hallar xidməti "Facebook"da bildirib. Eyni zamanda qeyd olunub ki, 16 mərtəbəli bina Kiyevin qərbindəki Svyatoşinski rayonunda yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza