Modern.az

Baş nazirlər Zelenski ilə görüşə gedirlər

Baş nazirlər Zelenski ilə görüşə gedirlər

15 Mart 2022, 11:48

Polşa, Çexiya və Sloveniyanın Baş nazirləri bu gün Kiyevə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“Polşa Nazirlər Şurasının sədri Mateuş Moravetski və Baş nazirin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri  Yanez Yanşa ilə birlikdə bu gün Kiyevə gedirlər. Ukrayna Prezidenti Volodimir Zelenski və Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşdə Avropa Şurasının nümayəndələri kimi iştirak edəcəklər”,- məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza