Rusiya və Ukraynanın nümayəndələri arasında danışıqlar çətin olaraq davam edir.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, danışıqların davam etdirilməsi müsbət faktdır.
"İki nümayəndə heyəti arasında iş gedir. Bilirsiniz ki, bu, videokonfranslar vasitəsilə həyata keçirilir. İş çətindir və yəqin ki, indiki halda işin davam etdirilməsi faktının özü müsbətdir”, - Peskov Rusiya-Ukrayna danışıqlarına münasibət bildirib.