Fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri təxminən 1,4 milyon uşaq Ukraynanı tərk edib.
Modern.az xəbər verir ki, bu barədə BMT rəsmi məlumat yayıb.
“Ukraynada son 20 gündə orta hesabla hər gün 70 000-dən çox uşaq qaçqın vəziyyətinə düşüb. Münaqişə başlayandan bəri hər dəqiqə ərzində bir uşaq qaçqın vəziyyətinə düşüb”, - məlumatda qeyd olunub.